ABŞ
Yeni bir ulduz doğuldu! - Tramp kimi nəzərdə tuturmuş?
2024-cü il prezident seçkilərində qalib gəldiyini elan etdikdən qısa müddət sonra Donald Tramp tərəfdarı, milyarder və sahibkar İlon Maskı tərifləyib.
Publika.az xəbər verir ki, “Amerikanın səsi” yazır ki, Trampın qələbəsi o deməkdir ki, dünyanın ən nüfuzlu adamı indi dünyanın ən zəngin adamlarından biri ilə yaxın qohumdur.
Mənbə xatırladır ki, Donald Tramp Floridada tərəfdarları ilə görüşdə ABŞ prezident seçkilərində qalib gəldiyini elan edərkən “Ulduz doğulur” deyib.
Sən demə, Tramp özünü yox, onun tərəfdarı, milyarder İlon Maskı nəzərdə tuturmuş.
“O, gözəl insandır. Bu axşam bir yerdə idik. O, iki həftə Filadelfiya və Pensilvaniya ştatlarında bizim kampaniyada iştirak etdi”, - deyə Tramp davam edib.
Varlı insanların siyasətçiləri dəstəkləməsi yeni bir şey olmasa da, bəzi ekspertlərin fikrincə, Tramp-Mask birliyi fərqlidir.
“Maskın işi təkcə sahibkar olduğu üçün deyil, həm də texnoloji sahibkar olması və müxtəlif sənaye sahələrinə təsir göstərdiyi üçün xüsusidir. Onun təsir dairəsi texnoloji imkanları ilə məhdudlaşmır”, - deyə sosioloq Stefani Ellis Beyker qeyd edib.
“O, çox güclü şəbəkənin bir hissəsidir. Söhbət Co Roqan kimi "X" platformasında aktiv olan digər nüfuzlu şəxslərdən gedir. Ona görə də, Mask siyasi gücə və təsirə malik bir sahibkar kimi yeni deyil, lakin onun ünsiyyət vasitələri və təsir hədləri misilsizdir”, - Beyker əlavə edib.
Xatırladaq ki, Tramp Maskı yeni qurulan hökumətdə vəzifəyə təyin edib.
Adəm Abbaslı
-
İdman6 Mart 23:15Bekhem Ağ Evə buna görə getməyib: Onu Trampdan üstün tutub
-
Nida Xəbər 6 Mart 22:02SEPAH-ın Bakıda qanlı terror planı: Şəhərin bu ərazilərində... - Video
-
İdman6 Mart 20:46Ağ Ev Trampla Messinin elə bir fotosunu paylaşdı ki…
-
İnanc6 Mart 20:00Ramazanın 17-ci gününün duası - İftar və imsak vaxtları
-
Magazin16 Mart 18:40Azərbaycanı "Avroviziya 2026"da kimin təmsil edəcəyi bilindi
-
Ekologiya6 Mart 18:30Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
-
Nida Xəbər 6 Mart 18:15İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
-
Sosial6 Mart 17:30Azərbaycan-İran sərhədində hərbi texnikalar yerləşdirilib? - RƏSMİ AÇIQLAMA

















.jpg)


















