ABŞ
Tramp bitkoinçiləri TƏBRİK ETDİ: "Mənim zövqüm"
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp "Bitcoin" sahiblərini kriptovalyutanın qiymətinin 100 min dollara qalxması münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə bu bardə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Təbrik edirik, bitkoinçilər! 100.000 dollar! Mənim zövqüm! Biz birlikdə Amerikanı yenidən möhtəşəm edəcəyik!” – Respublikaçı yazıb.
Dekabrın 5-də səhər ən böyük kriptovalyuta birjası "Binance"də "Bitcoin"in dəyəri ilk dəfə olaraq 100 min dollar həddini keçib. Platforma qeyd edib ki, Bakı vaxtı ilə saat 6:40-da sikkə 100,38 min dollara ticarət edilib ki, bu da yeni tarixi maksimumdur.
Mütəxəssislərin fikrincə, kriptovalyutanın dəyərinin artması ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın kriptovalyuta sahəsində daha sadələşdirilmiş tənzimləmənin tətbiqini təşviq edəcəyi ilə bağlı gözləntilərlə bağlıdır.
İyul ayında Tramp ABŞ-ı “bitcoin super gücünə” çevirəcəyini vəd edərək, yenidən seçiləcəyi təqdirdə sənayeni təqib etməyi dayandıracağını qeyd edib.
Hüseyn İbadlı
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki
-
Yaxın Şərq12:44İran: ABŞ və İsrailə qarşı daha dağıdıcı plan hazırlamışıq
-
Ekologiya12:16Sabahın hava proqnozu açıqlandı
-
Digər11:56Maşın zəvvarlara çırpıldı - 15 ölü 40 yaralı var
-
Hadisə09:19Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO/YENİLƏNDİ
-
Avropa08:48NATO Ukraynada vəziyyəti sabitləşdirmək üçün imitasiya edir - 1500 hərbçi...
-
Avropa07:30Parisdə iğtişaşçılar polis bölməsinə hücum etdilər
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı




































