ABŞ
Tramp Hərbi Dəniz Qüvvələrinə "ƏL QOYDU" - “Qızıl donanma” yaradılır
ABŞ Prezidenti Donald Tramp yeni hərbi-dəniz donanması formalaşdırmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Bu təşəbbüs artıq ABŞ Hərbi Dəniz Qüvvələri dairələrində qeyri-rəsmi olaraq “qızıl donanma” adlandırılır.
Məlumata əsasən, yeni donanmanın tərkibinə həm uzaq mənzilli raketlərlə gücləndirilmiş iri döyüş gəmiləri, həm də korvet kimi daha kompakt gəmilər daxil olacaq.
Hazırda ABŞ donanmasında əsasən esmineslər, kreyserlər, aviadaşıyıcılar, desant gəmiləri və sualtı qayıqlardan ibarət olmaqla ümumilikdə 287 gəmi mövcuddur. Bununla yanaşı, yeni tip freqatların hazırlanması üzərində də iş aparılır.
Bildirilir ki, Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin mövcud vəziyyətindən narazıdır. Bu səbəbdən o, donanmanın modernləşdirilməsi ilə bağlı müzakirələrə şəxsən qatılır və Hərbi Dəniz Qüvvələrinin nümayəndələri ilə görüşlər keçirir.
Danışıqlarda iştirak edən şəxslərdən birinin sözlərinə görə, əsas məqsəd uzaq məsafəli hədəfləri məhv etməyə qadir müasir raket və silahlarla təchiz olunmuş gəmilərin yaradılmasıdır.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO




























.png)

.jpg)





