Art
Beynəlxalq festival “Sarı gəlin”lə bağlandı
Qazaxıstanın Aktau şəhərində keçirilən “II Abiş Alemi Teatr Festivalı” Azərbaycanın milli musiqi incisi sayılan “Sarı gəlin” mahnısı ilə bağlanıb. Mahnı Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova tərəfibdən ifa edilib.
Publika.az xəbər verir ki, bu barədə AZƏRTAC-a Məlahət Abbasova bildirib. O, ölkəmizi təmsil etməkdən fəxr hissi keçirdiyini deyib.
“Orada səhnəyə çıxıb sadəcə mahnını manoloq şəklində söyləyəcəkdim. Lakin son anda olduğu kimi ifa etmək istədim. Mən müğənni deyiləm, amma buna baxmayaraq, tamaşaçılar tərəfindən çox gözəl qarşılandım. Bu mənim üçün böyük və çox yaddaqalan bir hadisə oldu. Təbii ki, bir azərbaycanlı olaraq bu mənə çox böyük fəxr hissi yaşatdı”, - Əməkdar incəsənət xadimi vurğulayıb.
Qeyd edək ki, türkdilli ölkələrlə yanaşı, Rusiya, Gürcüstan kimi dövlətlərin də iştirak etdikləri festivala Məlahət Abbasova Türkiyə tərəfindən fəxri qonaq qismində dəvət edilib.
Festivalın bağlanış mərasimində iştirakçı ölkələrin rəsmi şəxsləri və Qazaxıstanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin129 İyul 15:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə29 İyul 14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq29 İyul 14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi










.jpg)
.jpg)







.jpg)



















