Art
Azərbaycanlı aktyor Oktay Kaynarcanın təklifini niyə qəbul etmədi?
Əməkdar artist Elman Rəfiyev Türkiyə istehsalı olan “Mən bu cahana sığmazam” serialından təklif alıb.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf.com-a açıqlama verən aktyor təklifi qəbul etmədiyini bildirib. Buna səbəb “Ata ocağı” serialıyla müqavilə bağlaması olub.
“Müqavilə bağladığım gün Oktay Kaynarcanın baş rol oynadığı “Mən bu cahana sığmazam” serialından təklif aldım. Artıq müqaviləyə imza atdığıma görə Türkiyədən gələn təklifə “yox” deməli oldum”.
Aktyorun sözlərinə görə, ən böyük arzularından biri türk və rus filmlərində çəkilməkdir:
“Onun biri gerçəkləşdi. Bir neçə il öncə Müslüm Maqomayev haqqında Rusiyada istehsal olunan bədii serialda epizodik rolda çıxış etdim. Təəssüf ki, Türkiyədə çəkilmək qismət olmadı. Mənim qardaş ölkədə menecerliyimi Elşad Haqverdiyev edir. Ümid edirəm ki, gələcəkdə maraqlı layihələr olacaq və arzuma çatacam”.
Qeyd edək ki, artıq Türkiyə telekanallarından birində yayıma başlayan və reytinqi yüksək olan “Mən bu cahana sığmazam” serialının prodüserlərindən biri də Oktay Kaynarcadır.
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 29 İyul 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil29 İyul 18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT29 İyul 16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin129 İyul 15:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə29 İyul 14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq29 İyul 14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi










.jpg)
.jpg)







.jpg)



















