Art
Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisi açıldı - FOTO
Sentyabrın 28-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müasir İncəsənət Muzeyində UNESCO nəzdində Beynəlxalq İncəsənət Assosiasiyası, Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və İstanbulda Bakırköy Rəssamlar Dərnəyinin üzvü azərbaycanlı rəssam Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisinin açılış mərasimi keçirildi.
Publika.az xəbər verir ki, tədbirdə millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
İlk olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları salamladı. Qeyd etdi ki, Lətafət Məmmədova xaricdə Azərbaycan incəsənətini layiqincə təmsil edən rəssamlardan biridir. 1954-cü ildə tanınmış Azərbaycan rəssamı, Əməkdar mədəniyyət işçisi Hafiz Məmmədovun ailəsində anadan olan Lətafət Məmmədova Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki ADMİU) müvəffəqiyyətlə bitirib. O, 1978-1980-ci illərdə Baltikyanı ölkələrin bir sıra şəhərlərində keçirilən simpoziumlarda iştirak edib və mükafatlara layiq görülüb. Lətafət xanımın ilk fərdi sərgisi 1999-cu ildə Bakı şəhərində keçirilib.
Nazir müavini bildirdi ki, Lətafət Məmmədova 2001-ci ildə Türkiyəyə dəvət olunub və İstanbulun müxtəlif bədii sənət ocaqlarında dərs deyib. Rəssam 2005-ci ildə İstanbulun Yaşılköy səmtində öz sənət emalatxanasını yaradıb. 2018-ci ildə Türkiyənin "Şərəf" mükafatına layiq görülüb.
Sevda Məmmədəliyeva çıxışının sonunda yeni fərdi sərgisi münasibətilə Lətafət Məmmədovaya təbriklərini çatdırdı. Dedi ki, Azərbaycan rəssamlıq sənətinə verdiyi töhfələrə görə fırça ustası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunub. Nazir müavini fəxri fərmanı rəssama təqdim etdi.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov söylədi ki, atası Hafiz Məmmədov ona bir müəllim kimi rəssamlığın bütün sirlərini öyrədib: "Bu səbəbdən Lətafət Məmmədovanın sənətdə ən böyük müəllimi atasıdır. İndinin özündə belə emalatxanasında çalışarkən atasının ona öyrətdiyi texnikalardan istifadə edərək çox gözəl əsərlər ərsəyə gətirir".
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva vurğuladı ki, dünyada bir milləti və ölkəni ən gözəl təbliğ edən mədəniyyətdir: "Lətafət Məmmədovanın bu sənətdə bir qadın olaraq uğura imza atmağı bizi ikiqat sevindirir. Çünki dünyada və ölkəmizdə daha çox kişi imzalı rəssamlar tanınıb. Ona görə də bir qadın rəssam olaraq ölkəmizi dünyada yüksək səviyyədə təmsil etmək təqdirəlayiqdir".
Lətafət Məmmədovanın Türkiyədəki fəaliyyətinə toxunan Qənirə Paşayeva dedi ki, müstəqilliyimizin ilk illərində sərhədlər açılanda qardaş ölkədən dəvət olunanlar və oraya gedənlər mədəniyyət xadimləri idi. Bizim malik olduğumuz yüksək mədəniyyətin Türkiyədə təbliğ olunmasında bu insanların böyük rolu var. Həmin insanlardan biri də Lətafət Məmmədovadır.
Daha sonra Lətafət Məmmədova çıxış edərək sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürü bildirdi.
Sonda qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, yaradıcılığında əsasən lirik kompozisiyaların, qadın obrazlarının və təbiət təsvirlərinin üstünlük təşkil etdiyi rəssamın əsərləri Rusiyanın, Avropa ölkələrinin və ABŞ-ın muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır.
Oktyabrın 5-dək davam edəcək sərgidə Lətafət Məmmədovanın müxtəlif janrlarda 70-dən çox əsəri, həmçinin şəxsi kolleksiyasında saxladığı arası Hafiz Məmmədovun bir neçə əsəri nümayiş olunur.
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO





















.jpg)

















