Art
Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi - FOTO
Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyinə həsr olunub.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi 1959-cu ildə yaradılıb.
Muzeyin ekspozisiyasında Hacıbəylilər ailəsinə məxsus ev əşyaları ilə yanaşı, Üzeyir bəyin şəxsi əşyaları, şəkilləri, kitabları, ona həsr olunmuş və muzeyə bağışlanmış kitablar mühüm yer tuturdu.
Ü. Hacıbəylinin anadan olmasının ildönümləri, yubileyləri muzeydə mütəmadi surətdə dövlət səviyyəsində qeyd olunurdu. 1985-ci ildə Üzeyir Hacıbəyovun 100 illik yubileyi YUNESKO tərəfindən geniş qeyd olunub, dünyanın bir çox ölkəsindən gələn qonaqlar Ü. Hacıbəylinin Şuşadakı ev-muzeyini ziyarət edib, burada böyük yubiley tədbirləri keçirilib.
Ev-muzeyi 1992-ci ilə kimi fəaliyyət göstərib. Muzeyin eksponatları hazırda Ü. Hacıbəylinin Bakıdakı ev-muzeyinin fondunda saxlanılır.
Azərbaycan ordusu 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdikdən sonra dahi bəstəkarın Şuşadakı ev-muzeyində bərpa işləri həyata keçirilir.
Ev-muzeyində həyata keçiriləcək işlərdən sonra 1992-ci ildə muzeyin Bakıya aparılmış eksponatlarının burada yerləşdirilməsi nəzərdə tutulur. Bunlar Üzeyir Hacıbəylinin fotoşəkilləri, məktubları, əsərlərinin partituraları və şəxsi əşyalarıdır.
-
Magazin221:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO










.jpg)
.jpg)




.jpg)

.jpg)

.jpg)


















