Art
Anar Kərimov Serdar Çamla görüşdü - FOTO
Mədəniyyət naziri Anar Kərimov oktyabrın 5-də Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çamın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, Türkiyə nümayəndə heyəti VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edib.
Qonaqları səmimi salamlayan nazir Anar Kərimov Türkiyənin sərgidə geniş tərkibdə, həm də “fəxri qonaq ölkə” kimi iştirakından məmnunluğunu bildirib. Nazir bu kimi tədbirlərin iki ölkənin qardaşlıq, dostluq bağlarının daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə töhfə verəcəyini vurğulayıb.
TÜRKSOY-un 2023-cü ildə Azərbaycanın Şuşa şəhərini “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan etməsinin xalqımıza böyük qüruru hissi yaşatdığını söyləyən Anar Kərimov Türk dünyasının zənginliyini göstərmək üçün bu kimi birgə layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Nazirliyin mədəniyyət sahəsində həyata keçirdiyi layihələrə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Yunus Əmrə İnstitutunun dəstək göstərməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam sərgidə Bakı Beynəlxalq Kitab Sərgisindən iştirakından böyük məmnunluq duyduğunu bildirib, yüksək təşkilatçılığa görə nazirə təşəkkür edib.
Serdar Çam Türkiyənin bu sərgidə “fəxri qonaq ölkə” kimi iştirakının iki ölkə arasındakı münasibətlərin davamlı inkişafından xəbər verdiyini söyləyib, bu kimi layihələrin beynəlxalq səviyyədə daha geniş şəkildə təqdim edilməsinə ümidvar olduğunu bildirib.
Görüşdə gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihələrə dair fikir mübadiləsi aparılıb.
Sonda Anar Kərimov 2022-ci ildə Şuşanın 270 illiyi münasibətilə Nazirlik tərəfindən təsis olunan “Xatirə nişanı”nını Serdar Çama təqdim edib.
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır







.jpg)




.jpg)
























