Art
İranla mədəni əməkdaşlıq məsələləri müzakirə olundu - FOTO
Mədəniyyət naziri Anar Kərimov oktyabrın 5-də İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd ilə görüşüb.
Publika.az xəbər verir ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində gerçəkləşən görüş zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.
İranın kitab sərgisində iştirakını yüksək qiymətləndirən Anar Kərimov belə sərgilərin keçirilməsinin yazıçı və naşirlər arasında körpü rolunu oynadığını vurğulayıb, İranın Azərbaycandakı Səfirliyi və İran Mədəniyyət Mərkəzi vasitəsilə ölkələrimiz arasında mədəni əlaqələrin davamlı inkişaf etdiyini bildirib.
Sərgiyə dəvətə görə təşəkkürünü bildirən İranın mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd Anar Kərimovu qarşılıqlı əməkdaşlıq çərçivəsində 2023-cü ilin may ayında Tehranda keçiriləcək beynəlxalq kitab sərgisində iştirak etməyə dəvət edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirə aparılıb.
-
Magazin221:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto
-
Nida Xəbər 19:40Azərbaycanın bu ölkələrdəki səfirləri geri çağırıldı - Yeni təyinatlar
-
Elm və təhsil18:10Magistratura imtahanının nəticələri elan olundu
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO










.jpg)
.jpg)




.jpg)

.jpg)

.jpg)


















