Avropa
Avropa ölkəsi qəhvədən imtina edir
Milli İqtisadi Təchizat üzrə İsveçrə federal dairəsi (FONES) qəhvəni strateji ehtiyatlar siyahısından çıxarmağı təklif edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda hökumətin saytında bildirilir.
Qəti qərar noyabrda qəbul edilməlidir. Təklif onunla əsaslandırılıb ki, qəhvə praktik olaraq özündə kalori saxlamır və həyat üçün lazımlı məhsul deyil.
İndi müharibələr, təbii fəlakətlər və epidemiyalar təhlükəsi ilə əlaqədar qəhvə etiyatlarını “Nestle” də daxil olmaqla, 15 İsveçrə şirkəti saxlayır. Söhbət 15,3 min ton qəhvə ehtiyatından gedir. Bu, ehtiyatlar ölkəyə üç aya çatacaq. İsveçrə vətəndaşları (8,5 milyon) hər il təxminən orta hesabla 9 kq qəhvə istifadə edirlər. Bu, ABŞ-dakı göstəricidən iki dəfə çoxdur.
Sözügedən 15 şirkətdən 12-i qəhvə ehtiyatlarının saxlanılmasını dəstəkləyir.
Qeyd edək ki, İsveçrədə ehtiyatlar sistemi fövqəladə hadisələrə hazırlıq məqsədiylə birinci və ikinci dünya müharibələri arasında yaradılıb.
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə
-
İdman3 Noyabr 22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
















.jpg)











.jpg)



