Avropa
İsveçdə “Nobel həftəsi” başlayır
Oktyabrın 3-dən İsveçin paytaxtında növbəti “Nobel həftəsi” başlayır.
Publika.az “nobelprize.org” saytına istinadla xəbər verir ki, oktyabrın 3-də fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək.
Oktyabrın 4-də fizika, 5-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq.
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 6-da bəlli olacaq. Oktyabrın 7-də sülh və nəhayət, oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatı qaliblərinin adları elan olunacaq.
Alfred Nobel (1833-1896) öz vəsiyyətində fiziologiya və tibb üzrə laureatın seçilməsini 1810-cu ildə əsası qoyulmuş və hazırda dünyanın aparıcı təhsil və elmi tibb mərkəzlərindən biri olan Stokholmdakı Karolinsk İnstitutuna həvalə edib. Onun nəzdində yaradılmış Nobel Komitəsi beş daimi üzvdən ibarətdir ki, onlar da öz növbəsində məsləhətləşmələrə ekspertlər dəvət etmək hüququna malikdirlər. Namizədlər üçün son tarix yanvarın 31-də başa çatıb, bundan sonra nəzərdən keçirmə prosesi başlayıb.
Nobel komitələri son ana qədər mükafata iddialıların özləri və ya onları irəli sürənlər haqqında heç bir məlumat vermirlər. Mütəxəssislər də öz növbəsində gizli saxlanılan adlarla bağlı fərziyələr irəli sürürlər.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)