Avropa
Makron Putini yeni zənglərlə HƏDƏLƏDİ
Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinə zəng etməyi dayandırmayacağını bildirib. Onun sözlərinə görə, o, Rusiya Federasiyasının prezidenti ilə telefon danışıqlarını davam etdirəcək.
Publika.az xəbər verir ki, o, bu barədə "France 2" telekanalının efirində məlumat verib.
"Mən öz missiyam üçün cavabdehəm və tələb olunduqda həmişə danışıqlar aparacağam", - Fransa lideri qeyd edib.
Onun sözlərinə görə, Paris Rusiya ilə müharibə aparmır və ümumilikdə münaqişənin qlobal miqyasda genişlənməsinin əleyhinədir.
Makron vurğulayıb ki, ona məsuliyyət qoyulub və “əsas aktyorlarla” danışacaq.
Bundan əvvəl Makron bildirib ki, həm Moskvanın, həm də Kiyevin Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə ehtiyacı var.
Makron qeyd edib ki, danışıqlar məsələsini Fransa deyil, sırf ukraynalılar həll edəcək.
Qeyd edək ki, Fransa prezidenti telefon danışıqlarına müstəsna həvəsi ilə tanınır. Makron digər dünya liderlərinə tez-tez zəng edir və bu səbəbdən o, artıq zarafatların qəhrəmanına çevrilib.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)




















.jpg)

.jpg)