Avropa
Qərb "demokratiyası" - Qəzzada atəşkəs çağırışı etdi, işdən çıxarıldı
Böyük Britaniyanın elm, texnologiya və innovasiyalar naziri Mişel Donelanın parlamentdəki şəxsi katibi Pol Bristou Qəzzada atəşkəs çağırışı etdiyi səbəbilə vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, Baş nazirliyin 10 nömrəli ofisinin sözçüsü məsələ ilə bağlı açıqlamasında, eyni zamanda hakim Mühafizəkarlar Partiyasının millət vəkili olan Bristounun "kollektiv məsuliyyət prinsiplərinə uyğun olmayan şərhlər" etdiyini qeyd edərək Böyük Britaniyanın baş naziri Rişi Sunak tərəfindən tutduğu vəzifədən azad edildiyini bildirib.
Bristou, Baş nazir Sunak tərəfindən vəzifədən azad edildikdən sonra BBC-yə bu sözləri deyib:
"Baş nazirin qərarını tam başa düşürəm və zövq aldığım işi tərk etdiyimə görə kədərliyəm, lakin indi bir çox seçicilərimin dərindən maraqlandığı bir məsələ haqqında açıq danışa bilərəm. İnanıram ki, bunu hökumətdən maaş almaqla deyil, arxa sıralarda daha yaxşı edə bilərəm."
Keçən həftə Baş nazir Sunaka yazdığı məktubda Bristou, daimi atəşkəsin insanların həyatını xilas edəcəyini və humanitar yardımın ən çox ehtiyacı olanlara çatmasını təmin edəcəyini bildirmişdi.
Millət vəkili Pol Bristou 2020-ci ildə verdiyi açıqlamada Ramazan ayının müsəlmanlar üçün nə demək olduğunu öyrənmək istədiyini ifadə edərək, eyni təcrübəni Ramazan ayında müsəlmanlarla bölüşmək üçün bir həftə oruc tutacağını açıqlamışdı.
Britaniya hökuməti Qəzzaya humanitar yardım üçün döyüşlərə fasilə verilməsini dəstəkləyir, lakin atəşkəs çağırışlarını rədd edir.
Nəzrin
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto


























.webp)
.jpg)










