Avropa
Bolqarıstan hökuməti istefa verdi
Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətin istefa məktubunu parlament ofisinə təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikolay Denkovun istefası Xalq Assambleyasının ofisinə təqdim edilib”, - məlumatda deyilir.
Baş nazir bildirib ki, istefa mühüm mövzular üzrə danışıqlara dəvətdir, lakin hələlik hökumət öz işini davam etdirir. O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.
“Baş nazir vəzifəsindən istefamı təqdim edirəm, bəyanat parlamentə təqdim olunub, bu siyasi oyun deyil, bu, 6 iyun 2023-cü il tarixli bəyanata uyğun gələn mövqedir”.
Denkov ötən il iyunun 6-da baş nazir seçilib və razılaşmalara uyğun olaraq, martın 6-da hökumətin istefası barədə bəyanatı parlamentə təqdim etməlidir.
Bir sıra məcburi prosedurlardan sonra onun səlahiyyətləri baş nazirin müavini və xarici işlər naziri Mariya Qabrielə keçməlidir.
-
Magazin123:24Həbsdən çıxan Rəqsanədən ilk açıqlama - VİDEO
-
İdman23:00"Napoli" "Qarabağ"a qarşı - Heyətlər açıqlandı
-
İdman22:48Ertem Şenerdən PROQNOZ: ““Qarabağ” bu gecə elə futbol oynayacaq ki...”
-
Sosial22:24Yanğında ağır xəsarət alan Ləmanın son durumu AÇIQLANDI
-
İdman20:48AFFA-da iclas: Gedənlər də var, yeni təyinatlar da
-
Avropa20:12Avropada antik sikkə rekord qiymətə satıldı
-
Hadisə19:12Fəvvarələr meydanında güclü yanğın - VİDEO
-
Hadisə18:48Bakıda ananın körpəsini dənizə atması ilə bağlı YENİ DETALLAR - YENİLƏNDİ





























_(3).jpg)




