Siciliya sahillərində batan milyarderin cəsədi tapıldı
Bizi izləyin

Avropa

Siciliya sahillərində batan milyarderin cəsədi tapıldı

Siciliya sahillərində batan milyarderin cəsədi tapıldı

59 yaşlı britaniyalı milyarder, "Autonomy Corporation"ın həmtəsisçisi və "Invoke Capital"ın yaradıcısı Maykl Linç və onun 18 yaşlı qızı Hanna Linçin cəsədi İtaliya sahillərində qəzaya uğramış yaxtanın içərisindən tapılıb.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İtkin düşənlərin siyahısında dünyanın ən böyük investisiya banklarından biri olan “Morgan Stanley International”ın Direktorlar Şurasının sədri, 70 yaşlı Conatan Blumer və onun 71 yaşlı həyat yoldaşı Cudi, “Clifford Chance” firmasının 59 yaşlı vəkili Kris Morvillo və onun 57 yaşlı həyat yoldaşı Nedanın da adı var.

Qeyd edək ki, göyərtəsində 22 nəfərin (12 qonaq və 10 ekipaj üzvü) olduğu 56 metr uzunluğundakı yelkənli “Bayesian” gəmisi avqustun 19-da səhər Palermo şəhəri yaxınlığında batıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm