Avropa
Almaniyada amerikalı casus saxlanıldı: Bu ölkəyə işləyirmiş
Almaniyada amerikalı casus Çin Xalq Respublikasına casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, ABŞ vətəndaşı “Federal Məhkəmənin müstəntiq hakiminin 30 oktyabr 2024-cü il tarixli verdiyi order əsasında” noyabrın 7-də Frankfurt-am-Mayndə saxlanılıb.
“Bu yaxınlara qədər amerikalı Almaniyada ABŞ ordusunda işləyirdi. 2024-cü ildə o, Çinin dövlət qurumları ilə əlaqə saxlayıb və onları ABŞ ordusundan alınan məxfi hərbi məlumatları verməyə dəvət edib. O, müvafiq məlumatı ABŞ silahlı qüvvələrində işlədiyi müddətdə əldə edib”, - deyə departamentin açıqlamasında bildirilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinə kömək edən amerikalı Daniel Martindeyl "RİA Novosti"yə bildirmişdi ki, Ukraynada casusluqda şübhəli bilinən bir nəfər də olsun ABŞ vətəndaşı ilə rastlaşmayıb.
Adəm Abbaslı
-
İdman06:46Doğma şəhərində Messinin nəhəng forması nümayiş olundu - VİDEO
-
Magazin106:16Lalə Məmmədovadan yeni klip
-
Dünya05:45Cənubi Koreyalı haker 25 min müştəri məlumatını ifşa etdi
-
Yaxın Şərq04:14Husilərin hücumundan sonra "Brent" markalı neft kəskin bahalaşdı
-
Səhiyyə02:12Gənclərdə yaddaş itkisinin səbəbi müəyyən edildi
-
Dünya01:41Dünyaca məşhur yazıçı vəfat etdi
-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR






.jpg)

























.jpg)
