Avropa
Kiyevə daha bir neçə "F-16" göndərilir
Daha bir neçə "F-16" qırıcısı Ukraynaya təhvil verilməyə hazırlanır.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı amerikalı general Kristofer Kavoli söyləyib.
“Orada [Ukraynada] bir neçə "F-16" var. Orada bir neçə [təlim keçmiş] pilot var. Göndərilməyə hazırlanan daha çox "F-16" var. Daha çox pilot təlim prosesindədir, onların sayını dinləmələrin qapalı hissəsində sizə deyə bilərəm. Onlar işləyirlər. Təyyarələr sıradadır və hər gün uçurlar”, – general ABŞ Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində bildirib.
O əlavə edib ki, "F-16" təyyarələrinin heç biri ABŞ-dən Ukraynaya çatdırılmayıb. Bunlar əsasən Şimali Avropa ölkələrindən olan hava gəmiləri idi.
Kavoli həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri “Patriot” zenit-raket komplekslərindən istifadə etməyə davam edirlər.
-
Sosial13:30Əli Əsədov qərar imzaladı
-
Yaxın Şərq13:00Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
-
Nida Xəbər 12:31Ermənistanın 20 vətəndaşı Azərbaycana gəldi: Bakıda nə planlaşdırılır?
-
ABŞ11:36Netanyahu bu planı Obamaya da təqdim edibmiş, amma... - Con Kerri sirri açdı
-
Elm və təhsil11:27Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
-
Magazin110:00Xalq artisti rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Dünya09:18Tramp onu təhqir edib - Şok iddia
-
Magazin208:48Rep pioneri vəfat etdi - FOTO













.jpg)



























