Dünya
Türkiyə xofu: Yunan lobbisi Vaşinqtonda yenidən hərəkətə keçdi
Türkiyənin dəniz yurisdiksiyası sahələrinə dair siyasətindən və Liviya ilə imzaladığı sazişin mümkün nəticələrindən narahat olan Yunanıstan lobbisi ABŞ-da fəaliyyətini yenidən aktivləşdirib.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” nəşri məlumat yayıb.
Bildirilib ki, yunan əsilli respublikaçı konqresmen Qus Bilirakis və demokrat Bred Şnayder ABŞ dövlət katibi Marko Rubioya məktub göndərərək beş istiqamətdə addımlar atılmasını tələb ediblər.
Konqresmenlər Liviyanın Ankaranın müdaxiləsindən kənar, suveren və sabit milli hökumət altında yenidən birləşməsinə dəstək verilməsini istəyiblər. Həmçinin Türkiyə ilə Liviya arasında imzalanan dəniz yurisdiksiyası sazişinin təsdiqlənməsi ilə bağlı ABŞ-ın narahatlığının hər iki ölkənin rəhbərliyinə çatdırılmasını təklif ediblər.
Məktubda Türkiyənin “Mavi Vətən” doktrinası ilə əlaqəli dəniz iddialarının Liviyadakı barışıq prosesi vasitəsilə legitimləşdirilməsinin və möhkəmləndirilməsinin qarşısının alınmasına çağırış edilib.
Bundan başqa, ABŞ-dan gəmiçilik azadlığını, dəniz mübahisələrinin sülh yolu ilə həllini və regiondakı müttəfiqlərinin dəniz hüquqlarını müdafiə etməsi istənilib.
Müəllif: Roza
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO
-
Dünya09:35Tramp Cənubi Çin dənizindəki gərginlik haqda: Bununla məşğul olacaqlar
-
Maraq dünyası09:16Milyarderlər ən çox bu bürclərdən çıxır
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb






































