Banklar
Mərkəzi Bankın yeni PUL SİYASƏTİ: Kiçik banklar üçün real təhlükə - ŞƏRH
“Azərbaycan Mərkəzi Bankı yeni pul siyasətini inflyasiya ilə daha çevik mübarizə aparmaq üçün həyata keçirir. Bununla da dövriyyədə olan pulun həcminin artmasına imkan vermir, əksinə, dərhal azaltmağa çalışır”.
Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Publika.az-a açıqlamasında bildirdi ki, AMB bu siyasəti banklara qiymətli kağızlar satmaqla və onların pullarını depozitlərə cəlb etməklə həyata keçirir:
“Bir günlük də olsa həyata keçirilən prosesə “pulların strelizasiyası” donu geyindirir, digər banklara da bu alətlərdən tez-tez istifadəni tövsiyə edir. Faiz dərəcəsini ən yuxarı həddə çatdıracaq ki, banklar üçün də sərfəli olsun. Bu siyasət təbii ki, onlara sərf edəcək, çünki vəsaitlərini AMB-yə daha rahat şəkildə və yüksək faizlə yerləşdirəcəklər”.
Ə.Həsənov hazırda bununla bağlı uzun müddətli proqnoz verməyin çətin olduğunu diqqətə çatdırdı:
“Qurum istəyir ki, hamı bunun qiymət artımı ilə mübarizə aparmaq üçün həyata keçirildiyini başa düşsün. Prinsipcə, düzgün addımdır, amma kompleks şəkildə həyata keçirilməlidir. AMB tərəfindən təsdiq edilən yeni qaydalara görə, o, istədiyi banka bildiyi şərtlərlə və faizlərlə kredit verə bilər. Bu da yenə özünün həyata keçirdiyi yeni rul siyasəti ilə uzlaşmır. Bir tərəfdən dövriyyədəki pul kütləsinin çoxalmasından narahatlığını bildirir, digər tərəfdən qəbul etdiyi qaydalarda istədiyi banka istədiyi həcmdə pul ayıracağını bəyan edir”.
Hüquqşünasın sözlərinə görə, bu da özəl və kiçik banklar üçün mənfi nəticələrə səbəb ola bilər:
“Yeni qaydalara əsasən, AMB həmin qurumların mövcud vəsaitlərini az faizlə əllərindən alaraq, böyük banklara yüksək faizlə kreditə verə bilər. Bu da bazarda inhisarçılıq meyllərini daha da genişləndirər”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO


































