Bilgi.az
Qadın nazirdən ŞOK ÇIXIŞ: İtaət etməyən arvadlarınızı DÖYÜN
Malayziyanın Qadın İşləri nazirinin müavini Siti Zaila Mohd Yusoff hesab edir ki, kişilər qadınları döyə bilər və bu, təbiidir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi məişət zorakılığını təbliğ etməkdə günahlandırılıb, çünki o, ərlərə itaətsiz arvadları döyməyi hərfi mənada tövsiyə edib.
Yusoff İnstaqramda iki dəqiqəlik “Analara nəsihət” videosu yerləşdirib və orada kişilərə əvvəlcə həyat yoldaşları ilə danışmağı, nəticə olmasa, arvadları ilə yaxınlıqdan uzaq durmağı və üç gün ayrı otaqlarda yatmağı tövsiyə edib. Bu da kömək etməsə, nazir müavini daha sərt tədbirləri tətbiq etməyi təklif edir:
“Ər onu yumşaq bir şəkildə vuraraq fiziki təmas üsulunu sınaya bilər. O, öz sərtliyini göstərəcək və onun həqiqətən dəyişməsini istədiyini sübut edəcək”.
src="/storage/files/upload/a8ead788f8011e62699195c5c4ebac88f0f1e933.jpg" style="width: 573px; height: 380.09px;" class="fr-fic fr-dib">
Bu, Yusoffun yeganə qalmaqallı bəyanatı deyil. O, həmçinin qadınlara ərləri ilə yalnız əvvəlcədən icazə ilə danışmağı tövsiyə edib:
“Ərləriniz sakitləşdikdə, yemək yedikdə, dua etdikdə və dincələndə onlarla danışın. Danışmaq istəyəndə, əvvəlcə icazə istəməliyik”.
Malayziyada qadın hüquqlarını müdafiə edən təşkilatlar nazir müavininin sözlərini tənqid etməklə yanaşı, onun istefasını da tələb ediblər. Onlar qeyd ediblər ki, 2020-2021-ci illərdə ölkə polisi 9 mindən çox məişət zorakılığı faktı qeydə alıb. Bir çox qadın polisə deyil, xeyriyyə təşkilatlarına müraciət etdiyinə görə, bu, çox aşağı qiymətləndirilmiş göstəricidir.
Müsəlman ölkəsi olan Malayziya qadınların hüquqları baxımından ən təhlükəli ölkələrdən biridir. Məsələn, 2017-ci ildə millət vəkili Çe Muhammed Zulqiflay Yuson arvadın əri ilə cinsi əlaqədən imtina etməsinin zorakılıq olduğunu söyləyib. 2020-ci ildə səlahiyyətlilər qadınlara həyat yoldaşlarına dır-dır etməməyi tövsiyə edən reklam plakatları çıxarıblar.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)