Bilgi.az
Qadınları uzaqlaşdıran kişi davranışları - SİYAHI
Qadın-kişi münasibətlərinin təməlində hər zaman qarşılıqlı hörmət əsas yer tutur.
Publika.az xəbər verir ki, bir çox hallarda tərəflərdən birinin davranışları qarşı tərəfdə inamsızlıq və qıcıq yaradır. Nəticədə cəmiyyətdə normal qadın-kişi münasibətlərinin təşəkkül tapmış formaları da azalır. Bu baxımdan kişilərin qadınları özlərindən uzaqlaşdıran davranış formalarını bilməsi vacibdir.
Kliniki psixologiya üzrə fəlsəfə doktoru, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, tanınmış psixoloq Təranə Paşayeva kişilərin qadınları özlərindən uzaqlaşdıran əsas davranış formalarını sıralayıb. Həmin siyahını təqdim edirik:
Özündə olmayan keyfiyyətlərlə lovğalanması;
Maddi vəziyyətini istifadə edərək qadınları əldə edə biləcəyini düşünməsi;
Öz üzərində çalışmayan, məqsədsiz insan olması;
Ailəsinə hədsiz bağlı olması, ailəsinə görə yoldaşını/sevdiyini əzməsi;
Durmadan özünü, işini, imkanını, xarakterini tərifləməsi;
Özünü hər zaman haqlı sayması, könül ala bilməməsi;
Baxımsız olması: saçı, dırnağı, təmizliyinə diqqət etməməsi;
Çox bilmiş davranışlar: "Sən bilmərsən, sən qadınsan/qızsan" kimi cümlələr;
Özünə inamsız, nə istədiyini bilməməsi;
Qadını dəyişdirməyə çalışması, hər şeyə qarışması;
Qadın-kişi bərabərliyini qəbul etməyib, hədsiz patriarxat inanclı olması;
Qadının yanında söyüş söyməsi, ləqəb taxması, əsgər yoldaşı kimi gərəksiz səmimiyyət göstərməsi;
Passiv-aqressiv - danışıb həll etmək yerinə küsüb, inciməsi;
Simic olması, qadının xərclərinə nəzarət etməsi, pulu varsa belə yoxmuş kimi davranması, qadına pulunu qıymaması;
Qadınları sadəcə cinsi obyekt olaraq görməsi;
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI







.jpg)




























