Bilgi.az
50 illik savaş bitdi: adanı paylaşdılar
Danimarka və Kanada Arktikadakı Hans adası üzərində 50 ilə yaxın davam edən “dostluq müharibəsi”nə razılıq əsasında son qoyub.
Publika.az xəbər verir ki, 1971-ci ildən bəri hər iki ölkə Kanada və Qrenlandiya arasındakı Nares boğazındakı Hans adası ilə bağlı "viski müharibələri" aparırdılar.
Qeyd edək ki, Hans adası təqribən 1 kvadrat kilometr ərazisi olan kimsəsiz bir adadır. Təxminən 50 ildir ki, Danimarka və Kanada adaya iddia edirdilər.
Tarixdə “dostluq müharibəsi” adanın yarıya bölünməsi ilə başa çatıb.
Danimarka və Kanadanın xarici işlər nazirləri Kanadanın paytaxtı Ottavada rəsmi müqavilə ilə adanı yarıya bölüblər.
Ölkələrin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək müqavilə ilə Kanada ilk dəfə texniki olaraq Avropa ilə quru sərhəd qonşusu olacaq.
Kanadanın xarici işlər naziri Melani Coli və onun danimarkalı həmkarı Jeppe Kofod imzalanma mərasimində jest olaraq bir-birlərinə bir şüşə içki veriblər.
"Çoxları bunu viski müharibəsi adlandırdı, məncə, bu, müharibələrin ən dostcası idi. Arktika regionu beynəlxalq əməkdaşlıq üçün bələdçi işıqdır və burada qanunun aliliyi hökm sürür", - Kanadalı nazir Coli deyib.
Qeyd edək ki, 1984-cü ildə Kanada daha cəsarətli addım ataraq adaya qoşun yeritmişdi. Adanın onlara məxsus olduğunu göstərmək üçün əsgərlər oraya Kanada bayrağı sancaraq bayrağın yanına da bir şüşə Kanada viskisi qoymuşdular.
Bu addımın altında əzilməmək üçün Danimarkanın Qrenlandiyadan məsul naziri bir neçə həftə sonra adaya getmişdi və Kanada bayrağını Danimarka bayrağı ilə əvəz etmişdi. O, bir şüşə Danimarka içkisi olan şnappsı Danimarka bayrağının yanına qoymuşdu. Beləliklə, "viski müharibələri" başlamışdı.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






