Kriminal
Polis ƏMƏLİYYAT KEÇİRDİ: Qadınların üzv olduğu narkotik şəbəkəsi ifşa edildi
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Daxil olan əməliyyat məlumatı əsasında Corat qəsəbəsi ərazisində qadınların da üzv olduğu şəbəkə ifşa edilib.
Belə ki, qəsəbə ərazisində keçirilən əməliyyat zamanı Əlimərdan Əlimərdanlı, Aygül Rəşidzadə və Vüsalə Qasımova saxlanılıb. Bakı şəhəri Binəqədi rayon qeydiyyatında olan Vüsalə Qasımova Corat qəsəbəsinə rəfiqəsi Aygül Rəşidzadəgilə qonaq gəldiyini deyib. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin qrup şəklində narkotik maddələrin satışı ilə məşğul olduğu məlum olub.
Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş İbrahim Abdullayev saxlanılıb. Onun ətrafında aparılan axtarış tədbirləri nəticəsində 295 qram heroin aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, İ. Abdullayev əvvəllər məhkum olunmuş Mais Aydəmirov və Xaçmaz rayonunda qeydiyyatda olan Murad Sadıqzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub. Həmin şəxslər də saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan zaman Mais Aydəmirovun üzərindən 122 qram heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Murad Sadıqzadə də saxlanılan zaman üzərindən narkotik vasitə aşkarlanıb.
Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Natiq Cəbrayılov, Cəbrayıl Quliyev və Ağsu rayon qeydiyyatında olan Ayxan Pənahlı saxlanılıb. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə heroin və “patı” adlandırılan metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslərin qrup şəklində narkotik vasitələrin satışı ilə məşğul olduğu da istintaq məlum olub.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu






.jpg)


.jpg)













.jpg)

.jpg)












