Kriminal
Xırdalanda qadın sərnişinin üstünə bıçaq çəkən taksi sürücüsü - FOTO/VİDEO
Abşeron rayonu Xırdalan şəhərində qadına qarşı quldurluq edilib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Abşeron Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən bildirib ki, Xırdalan şəhərinə getmək üçün müştəri kimi əyləşdiyi taksidə sürücünün hücumuna məruz qalıb. Sürücü qadının həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib onu bıçaqla vurmaqla hədələyərək üzərində olan 47 manat pulu ələ keçirib.
Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov tutularaq istintaqa təqdim olunub və o, ifadəsində etdiyi hadisəni etiraf edib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
"Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat Xidmətindən bildirilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı









.jpg)






.jpg)





















.jpg)

.jpg)