Kriminal
Sənay Yağmuru zorladığı bildirilən gənc aclıq aksiyasına başladı
17 yaşlı ictimai fəal Sənay Yağmuru (Qəhrəmanlı) zorlamaqda ittiham olunaraq həbs edilən xalası oğlu Əsgər Ağayev aclıq aksiyasına başlayıb.
Bu barədə onun vəkili Mehman Cəbrayılov açıqlama verib.
Vəkil bildirib ki, Əsgər Ağayev noyabrın 15-dən aclıq elan edib və yalnız su içir:
“Noyabrın 16-sı və 17-də təcridxanada görüşmüşəm. Ayın 15-dən aclıq elan edib. Rəngi saralıb, səhhəti yaxşı deyil. Bildiyiniz kimi, Əsgər Ağayev sentyabrın 10-da əməliyyat olunub və qara ciyərinin 65 faizi atasına köçürülüb. Həkim rəyinə əsasən, 2 aydan bir müayinə olunmalıdır. Təmiz yerdə qalmalı, yüksək kalorili qidalar qəbul etməlidir. Xəstə kütlə olan yerdə ola bilməz, qapalı yerdə yaşaya bilməz”.
Noyabrın 18-də Əsgər Ağayevin ev dustaqlığına buraxılması ilə bağlı Binəqədi rayon məhkəməsində vəkillərin vəsatətinə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Sənay Yağmur oktyabrın 12-də sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını iddia edib. Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (zorlama) maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sənay Yağmur (Qəhrəmanlı) siyasətçi Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun qızıdır.(Qafqazinfo)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı









.jpg)






.jpg)





















.jpg)

.jpg)