Kriminal
Jurnalistin anasının ölümünə görə bu əsasla cinayət işi açılmayıb - RƏSMİ
Xəbər verdiyimiz kimi, jurnalist Fərahim Qasımovun anasının ölümü ilə bağlı prokurorluqdakı araşdırma başa çatıb və cinayət işinin açılmasının rədd edilməsi barədə qərar çıxarılıb.
Publika.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, F.Qasımovun anası Bahar Qasımovanın ölümündə həkim səhlənkarlığı müəyyən edilməyib.
“1967-ci il təvəllüdlü Bahar Qasımovanın cari il martın 18-də paytaxtın Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunaraq rəylər əldə edilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Zərərçəkmiş şəxsin barəsində məhkəmə-tibbi və tibb işçilərinin peşə fəaliyyətinə dair keçirilən məhkəmə-tibbi ekspertizalarının rəyinə və digər sübutlara əsasən Bahar Qasımovaya qoyulmuş diaqnozlar, həmin diaqnozlara uyğun təyin edilmiş, aparılmış müayinə və müalicələr səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun həyata keçirilib, ona yeridilən dərman preparatlarının dozaları isə optimal olub.
Bahar Qasımovanın ölümündə tibb işçiləri tərəfindən səhlənkarlığa yol verilməsi təsdiq olunmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunub”, - açıqlamada vurğulanıb.
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü























.jpg)









.jpg)

.jpg)