Çindən koronavirusla bağlı SENSASİON ADDIM: günlərlə hər şey gizlədilib - Sənədlər ÜZƏ ÇIXDI/VİDEO
Bizi izləyin

Digər

Çindən koronavirusla bağlı SENSASİON ADDIM: günlərlə hər şey gizlədilib - Sənədlər ÜZƏ ÇIXDI/VİDEO

Video əlavə olunub.

xxx

Çin hökuməti yeni tip koronavirusun ciddi epidemiyaya çevrilə biləcəyinə dair güclü əlamətlər görməsinə rəğmən, 6 gün boyunca səssiz qalıb və virus bu müddətdə daha çox yayılıb.

Publika.az xəbər verir ki, bu barədə “Assoşieyted Press” İnformasiya Agentliyi adının çəkilməyini istəməyən mənbənin təqdim etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məqalədə bildirilib ki, vəzifəli şəxslər 14 yanvarda virusun pandemiyaya çevrilə biləcəyini xəbərdarlıq edib. Lakin ölkə rəhbəri Si Çinpin xalqa xəbərdarlıq etmək üçün 20 yanvara qədər gözləyib. Bildirilib ki, sənədlər və tarixi müşahidələr Çin hökumətinin 1 həftə səssiz qaldığını, bu müddət ərzində 3 min nəfərin virusa yoluxduğunu sübut edir. Virusun yayılmasında Çində Yeni il bayramının bu dövrə düşməsinin də böyük payı var. Agentliyə göndərilən sənədlərdə 5-17 yanvar tarixlərində sadəcə Uhan şəhərində deyil, Çin miqyasında yüzlərlə insanın virus daşıyıcısına çevrildiyinə dair faktlar əks olunub.

Mütəxəssislər Çin hökumətinin bəzi həkimlərə “dedi-qodu yaymaq” ittihamı ilə cəza kəsməsindən sonra Uhandakı həkimlərin danışmaqdan çəkinmiş ola biləcəyinə diqqət çəkir.

Si Çinpin hökumətini xəbərdarlıq verməyə məcbur edən şey isə Tailand olub. Belə ki, 13 yanvar tarixində Çindən xaricdə ilk koronavirusa yoluxma faktı burada qeydə alınıb. Tailand epidemiya ehtimalına ciddi yanaşaraq xəbərdarlıqlar edib. Məhz bundan sonra Çin hərəkətə keçib. Yenə də xalqa xəbərdarlıq verilməyib. Amma tibb işçilərinə xəstələri təsbit etmək tapşırığı gedib.

Mediaya Çin Milli Səhiyyə Komissiyasının Prezidenti Ma Xiaoveinin 14 yanvarda tibb işçiləri ilə telekonfransının qeydləri sızıb. Qeydlərdə prezidentin 2003-cü ildəki SARS epidemiyasından bəri ən ciddi və qarışıq vəziyyətlə qarşı-qarşıya qaldıqlarını dediyi barədə məlumat yer alıb.

Agentliyin xəbərində qeyd olunub ki, sosial məsafənin gözlənilməsi, maska taxmaq, səyahət qadağası kimi qaydalar 1 həftə əvvəl tətbiq olunsaydı, virusa yoluxma faktı 3 qat daha az olacaqmış.

Zümrüd,

Video: Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm