Dünya
Tillerson Ankaradan əvvəl ora getdi - Türkiyə səfərinin SİRLƏRİ
ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfərindən
öncə İordaniyaya getməsi diqqət çəkib.
Publika.az xəbər verir ki, Türkiyə mediası Tillersonun
Ankaradan öncə Ammana səfər etməsinin arxasında incə diplomatik
planın olduğunu yazıb.
Ehtimallara görə, ABŞ İordaniyada İncirlik bazasına alternativ
axtarır. İordaniya hökuməti ölkənin mərkəzində Mufavvak Salti
deyilən bölgədə böyük hərbi baza yaradır. Pentaqon bu bazanın
inşası üçün İordaniyaya 300 milyon dollar pul ayırıb. ABŞ-ın hər il
İordaniyaya verdiyi 1 milyard 250 milyon dollarlıq yardım bu il 1,5
milyarda qədər artırılıb.
Bununla yanaşı, Suriya sərhədində pilotsuz uçuş aparatı mərkəzi
(H-4) yaradılır. ABŞ bununla bölgədəki hava əməliyyatlarını daha
rahat həyata keçirə biləcək. İsrail-İran qarşıdurması fonunda da
İordaniyanın ABŞ üçün əhəmiyyəti artır. Lakin bütün bunların
ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcəyi hələlik sual
altındadır.
Ən böyük ehtimal məhz İncirlik bazasının Türkiyədən İordaniyaya
köçürülməsidir. Bu məsələ son dövrlər tez-tez gündəmə gəlir. Hətta
Pentaqonun keçmiş əməkdaşı, hazırda ABŞ kəşfiyyatına bağlı ekspert
olaraq çıxış edən Mixael Rubin bir neçə gün öncə İncirlikdəki
amerikalı hərbiçilərin İordaniya, Rumıniya və digər ölkələrə
köçürülməsinin vacibliyini gündəmə gətirmişdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ortada İordaniyanın da maraqları mövcuddur. Kral Abdullahın
Vaşinqtonla hər təmasında “Bölgədə yaşanan hər problemin səbəbi
Türkiyə və Ərdoğandır”, deyə danışdığı haqda məlumatlar var. Amman
hazırda Türkiyənin bölgədəki gücünə alternativ olmağı istəyir.
“Habertürk” qəzetinin köşə yazarı Serdar Turqut isə yazır ki,
Tillersonun bölgəyə səfərinin əsas prioriteti Türkiyə deyil.
“Türkiyə ilə bağlı məsələnin siyahıda birinci olduğunu demək də
doğru deyil. Əslində Tillersonun səfəri yaxın gələcəkdə bölgəyə
gətiriləcək yeni düzənin iqtisadi təməllərini atmağa hesablanıb”, -
deyə o bildirib.
Asif
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Rəsmi xronika14:43İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - VİDEO
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı
-
Ekologiya13:26Sabaha olan hava - PROQNOZU
-
Dünya12:26Fransa və Türkiyə imza atdı - Yunanıstan təşvişə düşdü
-
Avropa11:38Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
-
Nida Xəbər 11:08Sabiq başçının maşınları “su qiymətinə” satılır - FOTO



















.jpg)















.jpg)


