Dünya
Kreml iki şərt qarşılığında kapitulyasiya HAZIRDIR
Kreml nəzarətində olan KİV-lərə və siyasi texnoloqlara mifik “Novorossiya” mövzusunu tədricən dirçəldilməsi barədə təlimat verib.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda öz bloqunda “Donetsk Xalq Respublikası” (“DXR”) terrorçularının keçmiş başçısı, Rusiya diversantı İqor Qurkin (Strelkov) öz mənbələrinə istinad edərək yazıb.
“”Novorossiya” terminini zibil səbətindən çıxartmaq və onu yenidən hərəkətə gətirmək əmri verilib”, - terrorçu qeyd edib. Onun sözləri görə, yaxın gələcəkdə hadisələrin inkişafının iki mümkün variantı gözlənilir.

Birinci varianta görə, Kreml müharibədən çox qorxur və son arqument kimi “Ukrayna sakitləşməsə və Minsk prosesinə qayıtmasa, biz “Novorossiya”nı dirildəcəyik” mesajı verir. O bildirib ki, “Novorossiya” ilə maksimum bir-iki il əvvəl qorxutmaq mümkün idi, amma indi mümkün deyil.
“Böyük müharibəyə hazırlıq başlayıb və onun başlaması yalnız vaxt məsələsidir”, - Strelkov yazıb.
İkinci varianta gəlincə, onun fikrincə, Kreml “Krım məsələsinin dondurulması” və sanksiyaların qismən ləğvinə əvəz olaraq Donbas müharibəsində kapitulyasiyaya (Döyüşən tərəflərdən birinin öz müqavimətini dayandıraraq rəqibin şərtlərini qeyd-şərtsiz qəbul etməsi –red.) hazırdır.
“Seçim azdır: qeyd-şərtsiz kapitulyasiya və müharibə arasında”, - o qeyd edib.
Ömər Dağlı
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO














.jpg)



















