Dünya
Heyvanları zəhərləyib fələstinliləri günahlandırmaq istədi - Planı ifşa oldu
İşğal altındakı İordan çayının qərb sahilində israillinin heyvanları zəhərləyərək fələstinlilərə qarşı hücumlara bəhanə yaratmağa çalışdığı iddia edilir.
Publika.az xəbər verir ki, Ramallah yaxınlığındakı əl-Muğəyyir kəndində çəkilən görüntülərdə maskalı şəxsin heyvanlara naməlum maddə verdiyi, daha sonra isə onların tələf olduğu görünür. Hadisə yerində İsrail hərbçilərinin də olduğu diqqət çəkir.
Məlumata görə, görüntülər israilli Elisha Yeredin sosial şəbəkədə paylaşdığı, çoxsaylı tələf olmuş heyvanların əks olunduğu videoda yer alıb. Sosial media istifadəçiləri onun heyvanların ölümünə görə fələstinliləri günahlandırmağa çalışdığını iddia ediblər.
Hadisə ilə bağlı İsrail ordusu və polisindən rəsmi açıqlama verilməyib. İddialar müstəqil şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, hadisə Qərb sahilində fələstinli fermerlərin zeytun yığımı mövsümünə təsadüf edir. Fələstin tərəfinin məlumatlarına görə, 2026-cı ilin ilk yarısında bölgədə 45 mindən çox ağac israilli məskunlaşanlar və İsrail qüvvələri tərəfindən kəsilib və ya zədələnib.
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)


















