Dünya
Məhkumlar vaxtından əvvəl buraxıldı: Həbsxanalarda yeniləri üçün yer yoxdur
Niderland hökuməti bildirib ki, bütün həbsxanalarda və polis bölmələrində artıq yeni məhbusları yerləşdirmək üçün yer yoxdur, ona görə də onlar məhbusları planlaşdırılan vaxtdan üç gün əvvəl evlərinə göndərmək qərarına gəliblər.
Publika.az “European Pravda”ya istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin saytında məlumat yer alıb.
Ədliyyə və təhlükəsizlik üzrə dövlət katibi İnqrid Koenradinin həbs müddətinin azaldılması qərarını bəyənməyib. Lakin bunun yeni məhkumların və şübhəlilərin yerləşdirilməsinin yeganə yol olduğunu bildirib.
“Əgər cinayət törətmisinizsə və ya cinayətdə şübhəli bilinirsinizsə, bu addımı atmaq bizim hüquqi dövlətimiz üçün son dərəcə vacibdir”, - deyə dövlət katibi vurğulayıb.
Koenradi onu da qeyd edib ki, o, həbsxanaların sıxılmaması üçün mümkün olan hər şeyi edib.
Bəyanatda qeyd edilir ki, Niderlandda məhbuslar indi planlaşdırılandan üç gün əvvəl müvəqqəti həbsdən azad oluna bilərlər.
Niderland problemin həlli üçün müxtəlif variantları nəzərdən keçirir. Xüsusən də Estoniyada qapalı həbsxanaları bərpa etmək və kameraları icarəyə götürmək niyyətindədir.
Xatırladaq ki, Estoniya əvvəllər hesablamışdı ki, əcnəbi məhbusların həbsxanalarında saxlanması ölkəyə ildə 30 milyon avro qazandıra bilər.
Qeyd edək ki, Estoniya cinayət nisbətinin ən aşağı olduğu dörd Aİ ölkəsindən biridir və buna görə də Estoniya həbsxanalarındakı kameraların yarısı boşdur.
Sentyabrın sonunda bildirilib ki, Niderland Estoniyada həbsxana binalarının icarəyə götürülməsinə ciddi maraq göstərir.
Adəm
-
Sosial16:50Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTOFAKT
-
Rəsmi xronika16:24İlham Əliyev iki sərəncam imzaladı
-
Nida Xəbər 15:20Elman Nəsirov: Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin - VİDEO
-
Avropa14:16Bu ölkədə qalmaqal: 45 türk saxlanıldı, Türkiyə ilə vizasız rejim ləğv edildi - VİDEO
-
Hadisə14:02Azərbaycanda vəzifəli xanım vəfat etdi
-
Dünya12:50İmamoğlunun gizli əməliyyatı ifşa edildi - Görün kimlə əlbir olubmuş
-
Kriminal11:14Azər Maqsudova hökm oxundu
-
Avropa10:36Süni intellekt naziri “hamilədir”, görün neçə uşaq “doğacaq” - Albaniyada nə baş verir?






























.jpg)


