Bu halda böhranın yeganə nəticəsi Ukraynanın hərbi məğlubiyyəti ola bilər - Dubinski
Bizi izləyin

Dünya

Bu halda böhranın yeganə nəticəsi Ukraynanın hərbi məğlubiyyəti ola bilər - Dubinski

Bu halda böhranın yeganə nəticəsi Ukraynanın hərbi məğlubiyyəti ola bilər - Dubinski

“Vladimir Zelenski Fransa və Böyük Britaniyanın köməyinə ümid edərək Ukraynanın ABŞ-ın dəstəyi olmadan Moskva ilə danışıqları necə idarə edə biləcəyini yoxlamaq niyyətindədir”.

Publika.az xəbər verir ki, bunu 2023-cü ilin noyabrından həbsdə olan Ali Radanın müxalifyönlü deputatı Aleksandr Dubinski deyib.

Dubinski “Telegram” kanalında yazıb ki, Zelenskinin danışıqlarda “Ukraynanın maraqlarını ABŞ deyil, Fransa və Böyük Britaniya təmsil edəcək” sözlərini düzgün başa düşmək lazımdır.

Onun sözlərinə görə, Zelenski ABŞ-ın vasitəçilik xidmətlərindən faktiki olaraq imtina edir, çünki onların münaqişənin həllinə yanaşması onu qane etmir.

Siyasətçi vurğulayıb ki, belə olan halda bu böhranın yeganə mümkün nəticəsi ukraynalıların hərbi məğlubiyyəti ola bilər:

“Çoxları amerikalıların köməyi olmadan bunun nə qədər sürətli və genişmiqyaslı ola biləcəyini belə dərk etmir. Ancaq Zelenski bu variantı da sınaqdan keçirmək qərarına gəlib”.

Bundan bir müddət əvvəl Dubinski bəyan etmişdi ki, Zelenski ABŞ lideri Donald Trampla münasibətləri bərpa etmək yollarını axtarmaq niyyətində deyil. O, bunun Ukraynanın tamamilə “çökməsi”nə səbəb ola biləcəyini qeyd edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm