Dünya
“Telegram”da yeni dələduzluq üsulu: İstifadəçilər belə aldadılır
“Telegram”da yeni dələduzluq üsulu yayılıb.
Publika.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, fırıldaqçılar artıq sadə botlar deyil, messencer daxilində işləyən xüsusi mini-tətbiqlərdən istifadə edirlər.
Onlar istifadəçiləri “asan qazanc”, investisiya, kriptovalyuta və onlayn kazino vədləri ilə cəlb edir. Qurbanlara saxta balans, artan gəlir və VIP statuslar göstərilərək uğurlu qazanc görüntüsü yaradılır. Pul çıxarmaq istədikdə isə əlavə ödəniş və ya yeni istifadəçilər cəlb etmək tələb olunur.
Məlumata görə, dələduzlar “Netflix”, “Binance”, “NVIDIA” kimi tanınmış platformaların adından da istifadə edərək etibar qazanmağa çalışırlar.
Hüquq-mühafizə orqanları vətəndaşlara messencerlərdəki “tez qazanc” təkliflərinə inanmamağı və yoxlanılmamış platformalara pul köçürməməyi tövsiyə edib.
Müəllif: Roza
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya18 İyun 17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş

































