Ermənistan Pakistana ilk səfirini təyin etdi - FOTO
Bizi izləyin

Dünya

Ermənistan Pakistana ilk səfirini təyin etdi - FOTO

Ermənistan Pakistana ilk səfirini təyin etdi - FOTO

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Karen Qriqoryanın Ermənistanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, fərmana əsasən, hazırda Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri olan Karen Qriqoryan eyni zamanda Pakistanda da səfir kimi fəaliyyət göstərəcək. Onun iqamətgahı Əbu-Dabidə olacaq.

Qeyd edək ki, Ermənistan və Pakistan arasında uzun illər diplomatik münasibətlər mövcud olmayıb. İki ölkə arasında rəsmi diplomatik əlaqələr yalnız 2025-ci ilin avqustunda qurulub.

Karen Qriqoryanın təyinatı Ermənistanın Pakistanla diplomatik münasibətlər qurduqdan sonra bu ölkəyə ilk səfir təyinatı hesab olunur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm