Dünya
Netanyahu ilə Kuşnerin 4 saatlıq görüşü: Qəzza ilə bağlı razılığa gəldilər - HƏMAS tərksilah ediləcək
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidentinin baş müşaviri Cared Kuşner Qəzzanın tam demilitarizasiyası və HƏMAS-ın tərksilah edilməsi barədə razılığa gəliblər.
Publika.az "Ynet"ə istinadən xəbər verir ki, razılaşma Qəzzada nizamlanma üzrə Sülh Şurasının planının icrasına həsr olunmuş dörd saatlıq görüş zamanı əldə edilib.
Razılaşmaya əsasən, HƏMAS Qəzzanın bütün ərazisində tərksilah edilməli, bundan sonra İsrail qoşunları bölgədən tamamilə çıxarılmalıdır. İsrail tərəfi HƏMAS üzvlərinin silahlarını Beynəlxalq Sabitlik Qüvvələrinin komandanı general Casper Ceffersə təhvil verməsini və prosesin ABŞ-nin nəzarəti altında aparılmasını tələb edib.
İsrail həmçinin "sarı xətt" boyunca mövqelərinin müəyyən müddət saxlanılmasını və hərbçilərinə qarşı mümkün təhlükələrin qarşısının alınmasını istəyir. Qəzzanın bərpasına isə HƏMAS-ın tərksilahından sonra başlanması nəzərdə tutulur.
Görüşdə bölgədə sanitar fəlakətin və epidemiyaların qarşısının alınması, eləcə də yeraltı və sahil sularının çirklənməsinə yol verilməməsi məsələləri də müzakirə olunub.
İsrail tərəfi görüşü müsbət qiymətləndirib. ABŞ isə əldə olunan razılaşmaların həyata keçirilməsində qətiyyətli olduğunu bildirib. Eyni zamanda, İsrail Fələstin dövlətinin yaradılmasına şərait yarada biləcək addımları qəbul etməyəcəyini vurğulayıb.
-
Hadisə21:00Azərbaycanda dəhşətli qəza: 4 ölü, 8 yaralı var - Foto/Yeniləndi
-
Hadisə20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
-
Dünya17:38Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır
-
Sosial16:22Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir
-
Sosial15:23Şuşa və Xocavəndin kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim olundu - YENİLƏNDİ




















.jpg)


.jpg)











