Möcüzə: 54 yaşlı qadın 22 il əvvəl dondurulmuş embriondan uşaq dünyaya gətirdi
Bizi izləyin

Dünya

Möcüzə: 54 yaşlı qadın 22 il əvvəl dondurulmuş embriondan uşaq dünyaya gətirdi

Möcüzə: 54 yaşlı qadın 22 il əvvəl dondurulmuş embriondan uşaq dünyaya gətirdi

Yunanıstanın Afina şəhərində 54 yaşlı qadın 22 il 5 ay müddətində dondurulmuş vəziyyətdə saxlanılan embriondan sağlam qız övladı dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb.

Bildirilib ki, 23 dekabr 2025-ci ildə Afinadakı özəl klinikada anaya köçürülən embrion sağlam doğuşla nəticələnib. Çəkisi 3,49 kiloqram olan körpə, 17 mart 2004-cü ildə dondurulmuş embriondan əldə edilib.

Məlumata görə, daha əvvəl Yaponiyada 18 il 3 ay, İsraildə isə 17 il dondurulmuş vəziyyətdə saxlanılan embrionlardan sağlam körpələr dünyaya gəlib.

Rekord göstərici isə ABŞ-ın Tennessi ştatında 31 il dondurulmuş vəziyyətdə saxlanılan embrionlardan dünyaya gələn əkizlərə məxsusdur.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm