İranla Çinin milyardlıq sistemi: ABŞ sanksiyalarından belə yayınırlar
Bizi izləyin

Dünya

İranla Çinin milyardlıq sistemi: ABŞ sanksiyalarından belə yayınırlar

İranla Çinin milyardlıq sistemi: ABŞ sanksiyalarından belə yayınırlar

İran və Çin Tehrana ABŞ sanksiyalarını aşaraq neft satmağa və Çin mallarının pulunu ödəməyə imkan verən qapalı maliyyə sistemini paylaşır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin araşdırmasında bildirilir.

Agentliyin məlumatına görə, İran nefti üçün alınan pullar, adi beynəlxalq bank sistemindən keçmədən, Çin daxilində kreditlərə çevrilir. Vəsaitlərin təxminən 70%-i İrandakı Çin infrastruktur layihələrinə, qalan hissəsi isə müxtəlif malların alınmasına sərf olunur.

Təkcə son bir ildə bu mexanizmdən 2-2,5 milyard dollar arasında vəsait keçdiyi bildirilir.

“Reuters” bildirir ki, sistem Çinə İran neftini almağa, Tehrana isə Amerika məhdudiyyətlərinə baxmayaraq Çin mallarına çıxışı qorumağa imkan verir.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm