Tramp Hörmüz boğazının da adını dəyişdi - Görün nə qoydu
Bizi izləyin

Dünya

Tramp Hörmüz boğazının da adını dəyişdi - Görün nə qoydu

Tramp Hörmüz boğazının da adını dəyişdi - Görün nə qoydu

ABŞ prezidenti Donald Tramp İranla müharibə və Hürmüz boğazı ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Publika.az ABŞ mediasına istinadla xəbər verir ki, Tramp ABŞ-ın müharibədə İranı zəiflətdiyini və Hörmüz boğazına nəzarət etdiyini bildirib.

“Bu müharibəni qazanacağıq. Onsuz da qalib gəlirik. Hörmüz boğazına biz nəzarət edirik. Məncə, bundan sonra Hörmüz boğazına “Tramp boğazı” deməliyik”, - deyə ABŞ lideri qeyd edib.

O, həmçinin müharibənin başa çatmasının neft qiymətlərinin sürətlə ucuzlaşmasına səbəb olacağını vurğulayıb.

Tramp İranın böyük ölçüdə məğlubiyyətə uğradığını və ölkənin parçalanmaqda olduğunu iddia edib. “51 ildir Yaxın Şərqin təcavüzkarı olan bir ölkə idilər, amma artıq belə deyillər”, - deyə o əlavə edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm