Dünya
İran boynuna almır: O ölkədə baş verənlərə qarışmırıq
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai ABŞ Dövlət Katibinin Tehranın Yəmənin işlərinə müdaxiləsi ilə bağlı iddialarını rədd edib.
Publika.az xəbər verir ki, diplomat “X” sosial media hesabında yazıb: "Marko Rubionun yalanları reallığı əvəz edə bilməz".
Baqai vurğulayıb ki, "Ənsar Allah” hərəkatı öz qərarlarını verən və heç kimin göstərişlərinə tabe olmayan müstəqil bir oyunçudur".
İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, regiondakı vəziyyətin qeyri-sabitliyinin əsl səbəblərini ABŞ-ın hərbi müdaxilələrində və onların hegemon siyasətində axtarmaq lazımdır.
"Əgər Vaşinqton həqiqətən sülh yaratmaq istəsəydi, bir sadə addım atardı: zərərli hərəkətlərini və bölgəmizin işlərinə dağıdıcı müdaxiləsini dayandırmaq", - deyə o əlavə edib.
Baqai həmçinin Yəməndəki münaqişənin güc yolu ilə həllinin mümkün olmadığını vurğulayıb.
Rubio əvvəllər husilərin İran agentləri olduğunu bildirmişdi: "Düşünürəm ki, bunun arxasında açıq-aydın İranın təsiri var. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə çox güclü müdafiə əlaqələri var. Biz bu inkişafı yaxından izləyirik. Bu, bir müddətdir davam edir".
Müəllif: Tural
-
Rəsmi xronika12:37İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik etdi
-
Köşə11:54Onun qolları yoxdur, yoxsa sənin vicdanın?
-
Hadisə11:51Minaya düşən ANAMA əməkdaşının ayağında amputasiya əməliyyatı aparılır - YENİLƏNDİ
-
Rəsmi xronika11:10Prezident fərman imzaladı
-
Avropa11:00Avropanın bu ölkəsində hər bir miqranta 37 min dollar verilir, əgər...
-
Dünya10:12Trampı Ankarada təyyarədən qaçıran avtomobilin sahibi bu türk imiş
-
Maraq dünyası09:48Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir
-
Sağlamlıq07:35Kosmosdan çəkilən fotolar həqiqəti üzə çıxardı - Yerin rəngi dəyişdi, psixologiyamız pozulur































.png)





