Hakan Fidandan Yunanıstana mesaj: Onların oyuncağı olmayın
Bizi izləyin

Dünya

Hakan Fidandan Yunanıstana mesaj: Onların oyuncağı olmayın

Hakan Fidandan Yunanıstana mesaj: Onların oyuncağı olmayın

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanla münasibətlər, Suriya və bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı açıqlamalar verib.

Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, Fidanın sözlərinə görə, Ankara Yunanıstanla yaxşı qonşuluq münasibətləri qurmaq istəyir.

“Biz Yunanıstanın bölgəni sabitsizləşdirmək, xaosa sürükləmək istəyənlərin oyuncağı olmasını istəmirik. Yaxşı qonşuluq münasibətləri içində olmaq istəyirik”, - deyə türkiyəli nazir vurğulayıb.

O, Yunanıstanın beynəlxalq müqavilələrlə qeyri-hərbi status verilmiş adaları silahlandırmasının Türkiyə üçün təhdid olduğunu bildirib. Fidan Afinanı müqavilə öhdəliklərinə əməl etməyə çağırıb.

Suriya ilə bağlı danışan nazir ölkədə sabitliyin təmin edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Suriyanı sabitsizliyə sürükləmək potensialı ən yüksək olan təhdid İsraildir. Fidan Suriyadakı inteqrasiya prosesində Suriya Demokratik Qüvvələrinin (SDQ) təhdid və düşmən ünsürü olmaqdan çıxmasının əsas prioritet olduğunu bildirib.

Türkiyəli nazir həmçinin “Terrorsuz Türkiyə” prosesinin cəmiyyətdə geniş dəstək gördüyünü deyib. Onun sözlərinə görə, silahlı münaqişə riskinin aradan qalxması ilə bölgədə iqtisadi inkişaf, infrastruktur və ticarət məsələləri daha çox ön plana çıxacaq.

Fidan bölgə ölkələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini də vurğulayıb. O, xüsusilə Qəzza məsələsində formalaşan əməkdaşlığın Suriya və digər regional məsələlərdə də istifadə edildiyini bildirib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm