Dünya
Kənd bir günə qarın altında qaldı - FOTOLAR
İtaliyanın Kaprakotta kəndində rekord həddə qar yağıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 18 saat ərzində kiçik italyan kəndi 2,54 metr qarın altında qalıb.
Kaprakotta kəndi Roma şəhərindən 201 kilometr şərqdə yerləşir. Martın 5-i kənddə güclü küləyin müşayiəti ilə çovğun başlayıb.
Nəticədə, Kaprakotta kəndi 1921-ci ildə Koloradoya yağan qar rekordunu geridə qoyub. Belə ki, həmin ildə Koloradonun Silver Leyk şəhəri 1,93 metr qarın altında qalıb.
Kaprakotta kəndində avtomobillər, evlərin qapısı və mağazalar qarın altında qalıb. Qar hətta o qədər çox yağıb ki, evlərin birinci mərtəbələri də qarın altında qalıb.
Nura
-
Avto12:44Yeni cərimə - Sabahdan sürücülər elektromobilləri belə park edəcəklər
-
ABŞ12:35Kelli rusiyalı astronavtları oğru adlandırdı
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu


































