Dünya
Obamanın sərxoş mühafizəçiləri Ağ Evin hasarını dağıtdılar
ABŞ-ın Məxfi xidmətinin iki əməkdaşı xidməti maşınla Ağ Evin təhlükəsizliyinin təmin olunması üçün qurulan hasarı dağıdıblar.
Publika.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, hadisənin iştirakçılarından biri prezident Barak Obamanın şəxsi mühafizəsinin rəis müavinidir.
O və onun sükan arxasında olan həmkarı sərxoş olublar. Onların əyləncə gecəsindən qayıtdığı təxmin edilir. Hadisə martın 4-də baş verib. Məxfi xidmətin əməkdaşları həmin gecə saxlanılıb, lakin sonradan buraxılıb. Hadisə barəsində Məxfi xidmətin rəhbəri Cozef Klensi, ABŞ milli təhlükəsizlik naziri Ceyu Conson və prezident Obamaya məlumat verilib.
Məxfi xidmətin rəsmi nümayəndəsi Brayan Liri bildirib ki, əməkdaşların hərəkəti ilə bağlı təhqiqat aparılır. Liri vurğulayıb ki, günahkarlara cəza veriləcək.
Qeyd edək ki, ABŞ-ın Məxfi xidməti dövlətin birinci şəxslərinin, həmçinin prezidentin mühafizəsi ilə məşğul olur. Bir ay əvvəl baş verən qalmaqallar seriyasından sonra xidmətin rəhbərliyi dəyişdirilib.
Ömər Dağlı
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq





















.jpg)











