Ekologiya
Xəzərin suyunun çirklənmə səviyyəsi azalıb - Muxtar Babayev
2020-ci ilin mart, aprel, may aylarında havanın çirkliliyi əvvəlki illərin cari dövrü ilə nisbətdə diqqətçəkən dərəcədə azalıb.
Publika.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, pandemiya dövründə havanın çirkliliyinin azalması avtomobillərdən minimum istifadə və sənaye müəssisələrinin fəaliyyətinə fasilə verməsi ilə bağlıdır: "Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər sahilboyu ictimai-iaşə obyektlərinin fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalmanın müşahidə edildiyini deməyə əsas verir".
Nazir əlavə edib ki, tullantıların zərərsizləşdirildiyi poliqonda proses ciddi qaydalar çərçivəsində həyata keçirilir: "Yandırılan zibillərin kül və tüstüsü ətraf mühit üçün zərərli deyil".
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı





































.jpg)

.jpg)