Ekologiya
Xəzərin sahili tullantılardan təmizləndi - FOTO
“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirakı ilə dənizkənarı ərazilərdə aksiyalar təşkil edilib.
ETSN-in Mətbuat katibi İradə İbrahimova Publika.az-a bildirib ki, Novxanı qəsəbəsinin dəniz sahilində “Ekokönüllülər”, “Yaşıl ASAN” və “Dost” könüllüləri 3 hektar ərazini bərk məişət və digər tullantılardan təmizləyib. Xəzər Dəniz Neft Donanmasına məxsus “Bulvar 1” gəmisi vasitəsilə isə Bakı buxtasında tullantıların yığılması həyata keçirilib.
Ümumiyyətlə, “Xəzər günü” ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib.
“Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib”.
Nazirliyin rəsmisi ətraf mühitin mühafizəsinə hər zaman qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
““Xəzər günü” ilə bağlı keçirilən tədbirlərdə yanımızda olan, aksiyalarda fəal iştirak edən EkoSfera-Sosial Ekoloji Mərkəz, “Yaşıl ASAN” Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “AzEkol” MMC, Xəzər Dəniz Neft Donanması, Dənizkənarı Bulvar İdarəsi, İSR Holdinq, iştirakınıza və dəstəyinizə görə çox sağ olun!”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO



































.jpg)


