Elm və təhsil
Ən yüksək keçid balı bu ali məktəbdə oldu
Dövlət İmtahan Mərkəzinin 2020/2021-ci tədris ili üçün açıqladığı Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbi (BANM) ən yüksək keçid balı göstəricilərinə görə ölkə birincisi olub.
Bu barədə Publika.az-a BANM-dən məlumat verilib. Bildirilib ki, Bakı Ali Neft Məktəbinə qəbul balları ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, informasiya təhlükəsizliyi ixtisası üzrə dövlət sifarişli keçid balı 689.6, ödənişli 644.5 olub. Ötən il bu göstərici üzrə dövlət sifarişli 674, ödənişli isə 631 bal təşkil edib. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının dövlət sifarişi üzrə balı 672.2, ödənişli əsaslarla 622.2 olub. Ötən il bu rəqəm müvafiq olaraq 658 və 607 bal idi.
Kimya mühəndisliyi ixtisasının dövlət sifarişi keçid balı ötən il 635, ödənişli əsaslarla 583 olduğu halda cari qəbul ilində bu rəqəm 649,6 və 598.4 bala yüksəlib. Neft-qaz mühəndisliyi ixtisası üzrə ballar da ötən qəbul ilə nisbətən yüksək olub. Keçən il dövlət sifarişi əsasında 639, ödənişli əsaslarla 589 balla bu ixtisasa qəbul mümkün idisə, bu il keçid balı 645.3 və 592 olaraq qeydə alınıb.
Bununla da, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında yenə də ən yüksək keçid balı olan ali təhsil müəssisəsi olub.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi









.jpg)


























