Elm və təhsil
Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılır - QƏRAR
Azərbaycanda ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisaslar və ixtisaslaşmalar yaradılır.
Bununla bağlı Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatında dəyişiliklər edildir.
Bildirilir ki, Azərbaycan Respublikasında demokratik və hüquqi dövlət quruculuğunun geniş vüsət alması, bazar iqtisadiyyatı münasibətlərinin mövcudluğu, cəmiyyətin həyatında irimiqyaslı islahatların həyata keçirilməsi iqtisadiyyat və xidmət sahələrinin, o cümlədən ekologiya, rəqəmsal və elektron ticarətin, optimal idarə etmənin, kompüter elmləri və texnologiyalarının, nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, ağıllı şəhər və kəndlərin layihələndirilməsi və idarə olunması üçün tədbirlərin görülməsini zəruri edir. Bununla əlaqədar, qeyd olunan sahələrin müxtəlif problemlərini tədqiq edə biləcək magistrlərin hazırlığına ciddi ehtiyac yaranıb.
Qeyd olunanları, ali təhsil və müvafiq istehsalat müəssisələrinin müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın Hüquqşünaslıq ixtisasına “Ekologiya hüququ”, Kommersiya ixtisasına “Elektron kommersiya”, Riyaziyyat ixtisasına “Aktuar riyaziyyat”, Kompüter elmləri ixtisasına “Kompüter elmləri və texnologiyaları”, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasına “Logistika və nəqliyyat”, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına “Kibertəhlükəsizlik”, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisasına “Şəhər infrastrukturunda smart texnologiyalar” ixtisaslaşmaları, eləcə də Təsnifata yeni “Şəhərsalma” ixtisası və onun ”Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslaşması əlavə edilib.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat









.jpg)









.jpg)



















