İdman
Məşqçi olduğu klubdan qovulan, stadiona girişi qadağan olunan "DAHİ SİÇAN"
Futbol həvəskarları Kevin Kiqanı yaxşı xatırlayır. Ötən əsrin 70-ci illərində parlayan futbolçu "Liverpul"un heyətində xeyli mükafat əldə etmişdi. İki dəfə “Qızıl top”mükafatına layiq görülən Kiqan "Hamburq"la Almaniya çempionu olmuşdu. Gözəl texnikasına görə, onu “dahi siçan” adlandırırdılar. Karyerasını bitirdikdən sonra "Nyukasl" və "Mançester Siti" klublarında məşqçilik edib. Bir müddət İngiltərə millisinin sükanı ona tapşırılıb. Lakin millidə uğur qazana bilməyib. Onun haqqında bir neçə kitab yazılıb. Kitabların hazırlanmasında Kevin özü də iştirak edib. Hazırda 67 yaşı olan keçmiş futbolçu bu yaxınlarda futbol həyatından bəhs edən avtobioqrafiyasını çap edib. Kevin necə populyar olmasını, 32 yaşında futboldan getməsini bu yazıda izah edib. Avtobioqrafiyanın ən maraqlı hissəsi müəllifin məşqçilik karyerasını əhatə edir.
Gizli danışıqlar
90-cı illərdə Kiqanın oynadığı "Nyukasl" klubu ilə "Mançester Yunayted" arasında güclü rəqabət var idi. Komandalar İngiltərə çempionatında ən yaxşı komanda adı uğrunda yarışırdı. 1995-ci ildə gözlənilmədən "Nyukasl" ulduz hücumçu Endi Koulu (55 matçda 77 qol) "Mançester Yunaytedə satdı. Kiqan hücumçunun transferini dəstəkləyərək bildirdi ki, Endisiz də oynaya bilər. Kevin bu transferin detallarını avtobioqrafiyada açıqlayıb. Sən demə, mançesterlilər "Nyukasl"dan xəlvət Endi Koulla danışıqlar aparırmış: “Bəzi insanlar nə baş verdiyini bilirdi. Mən də hiss edirdim ki, mançesterlilər Endini yoldan çıxarıb. O, məşqlərə gəlmək istəmirdi, passivləşmişdi. Hiss olunurdu ki, ayrılmağa hazırlaşır”. İngiltərə Futbol Assosiasiyasının qaydalarına görə, komandanın xəbəri olmadan futbolçu ilə danışıqlar aparmaq qadağandır. Bu məsələ bilinsəydi, mançesterlilər problem yaşayacaqdı. Hücumçunun transferi Mançester klubunun "Nyukasl" üzərindəki üstünlüyünü artırdı. Növbəti 3 mövsümdə Ferqyusonun komandası İngiltərə çempionu adını qazandı. Kevinin komandası isə ikinci yeri tutdu.
Sərxoşluğa son qoyun
Kiqan 2001-2005-ci illərdə "Mançester Siti"nin baş məşqçisi oldu. Komanda yaxşı vəziyyətdə deyildi. İkinci diviziona düşmüşdü. Futbolçuların məşqdən sonra sərxoşluq etməsi adi hal almışdı. Bu vəziyyət yeni baş məşqçini daha çox narahat edirdi. Komandaya gəldiyi ilk gün bəyan etdi ki, sərxoşluq məsələsinə birdəfəlik son qoyulmalıdır. Kiqan yazır: “Dedim ki, əgər belə davam etsəniz, Premyer Liqaya qayıda bilməyəcəyik. Hər şey başqa cür olacaq. Yeni qaydalara əməl etmək istəməyənlər yeni iş yeri axtarsın”. Futbolçuların əksəriyyəti yeni məşqçinin dediyinə əməl edəcəyinə söz verdi. Təkcə komndanın ən yaxşı futbolçusu Mark Kennedi içməyə davam edirdi. Kiqan xatırlayır: “Mark əla futbolçu idi. Yaxşı texnikası ilə fərqlənirdi. Onu komandadan qovmaq istəmirdim. Ancaq başqalarına dərs olsun deyə, bu addımı atmalı idim. Həmin ərəfədə əla təklif gəldi. Mark iki milyon funt müqabilində getdi”.
Problemli futbolçulardan biri kapitan Riçard Dann idi. İrlandiyalı boş vaxtlarında viski içir, məşqlərə az qala sürünə-sürünə gəlirdi. Kiqan kapitanın hərəkətlərindən hiddətlənirdi. Bir dəfə bütün komandanın yanında onun üstünə qışqıraraq müqaviləni pozacağını bildirdi. Məşqçinin əsəbləşməsi təsirini göstərdi: Dann iki ay Londonda xəstəxanalardan birində müalicə alaraq kluba qayıtdı. Sərxoşluqdan əl çəkən kapitan 4 il ardıcıl "Mançester Siti"də azarkeşlərin versiyası üzrə ilin futbolçusu seçildi. Kiqan xatırlayır: “Danni karyerası ərzində 650 matçda oynadı. O, mənim üçün ən əziz futbolçulardan biri idi. Başa düşdüm ki, məşqçi tələsik qərar qəbul etməməlidir”. Kennedinin qovulmasına, Danninin bir müddət kənarda qalmasına baxmayaraq, "Mançester Siti" əla mövsüm keçirdi. Çempionşipdə 106 qol vurmaqla rekord göstərən komanda Premyer Liqaya qayıtdı.
Modriç "Nyukasl"da oynaya bilərdi
2008-ci ildə Kiqan ikinci dəfə "Nyukasl"ın məşqçisi seçildi. Onun klubda ilk transferi Luka Modriç ola bilərdi. 22 yaşlı xorvat həmin vaxt Zaqreb "Dinamo"sunda forma geyinirdi. İngiltərənin aparıcı klubları onu transfer etmək istəyirdi. Modriçə ilk təklif Kiqanın komandasından gəldi. Londonda Modriçin agenti ilə tanış olan məşqçi onu klubun vitse-prezidenti Toni Ximenesin yanına apardı. Söhbət uzun çəkmədi. Ximenes bildirdi ki, Modriçin keçidi baş tutmayacaq: “Pis futbolçu deyil. Amma İngiltərə çempionatında oynamaq onun üçün asan olmayacaq. Bədəni zəifdir. Bir az təcrübəyə ehtiyacı var”.
Beləliklə, xorvat futbolçunun "Nyukasl"a keçidi əldən verildi. Ximenesin İngiltərə çempionatına layiq görmədiyi Modriç bir müdət sonra "Tottenhem"lə müqavilə bağladı. 2012-ci ildə isə 33 milyon avroya "Real" klubuna transfer olundu.
Yeri gəlmişkən deyək ki, Kiqanın xatirələrini oxuyan Ximenes bəzi məsələlərdə baş məşqçinin yalan dediyini bildirib: “Kiqan 2007-ci ildə Kərim Benzemanın transferinə mane oldu. Hesab edirdi ki, riskli məsələdir. O, Bekhem, Ronaldinyo və Kakanı istəyirdi. Preston klubuna icarəyə verdiyimiz Endi Kerrolu cəmi 300 min funt sterlinqə satmağı təklif edirdi. Sonralar "Liverpul" bu futbolçunun transferinə 35 milyon funt xərclədi”.
Ximenes Modriçin baş tutmayan keçidinə görə də məhz Kiqanı günahlandırıb. Onun dediyinə görə, məşqçi Luka Modriçlə "Nyukasl"ın bazasında təklikdə görüşüb və bundan sonra heç bir səbəb göstərmədən futbolçunun agenti ilə söhbətdən imtina edib. Amma deyəsən, bu məsələdə əsl həqiqəti məhz Kiqan söyləyib: Luka Modriç dəfələrlə bildirib ki, bəzi ingilis klubları zəif bədənə görə onu qəbul etməyiblər.
Afrikalı agentlərə edilən “hörmət”
2008-ci ilin yayında Ximenes Kiqana zəng edərək bildirdi ki, Iqnasio Qonsaleslə Xiskonu almaq istəyir. Hər iki futbolçunun keyfiyyətləri, hətta "Nyukasl" kimi kluba da uygun gəlmirdi. Qonsales Uruqvayın "Danubio" klubunda 170 oyun keçirmişdi. Avropada isə onu hər il komandasını dəyişən futbolçu kimi tanıyırdılar. Xiskoya gəlincə, bu futbolçu İspaniyanın ən zəif komandalarında sayılan "Deportivo"da forma geyinirdi. Vitse-pezidentin məsləhətləşmədən iki zəif futbolçunu kluba gətirmək istəməsi Kevini özündən çıxardı. Əsas problem başqa idi: komandanın üzvlərindən heç kim adları cəkilən bu iki futbolçunu tanımırdı. Onları hətta televizorda da görməmişdilər. Baş məşqçi yeni transferlər barədə məlumat almaq üçün internetdə axtarış aparmalı oldu. Hirsini boğa bilməyən Kevin klubun icraçı direktoruna zəng edərək izahat istədi. Məlum oldu ki, Xonas Qutterreslə Fabrisio Koloççininin "Nyukasl"a gətirilməsinə iki afrikalı agent vasitəçilik edib. Rəhbərlik heç kimin tanımadığı Xiskonu və Qonsalesi transfer etməklə afrikalıların hörmətindən çıxmaq istəyir. “Bu futbolçuların komandada olub-olmamasının fərqi yoxdur. Fikir vermə. Biz istəyirik ki, agentlər klubla əlaqəni kəsməsin. Əgər Xiskodan xoşun gəlməsə, yanvarda sata bilərik”, - icraçı direktor bildirmişdi. Kiqanın dediyinə görə, lazımsız futbolçuların transferinə "Nyukasl" killi miqdarda vəsait xərcləməli olub. Xisko ilinə 3 milyon avro məvacib alırdı. Onun agentinə isə 250 min avro verilmişdi. Yeni transferlər az hallarda meydana buraxılırdı. Qonsales cəmi iki dəfə oyunun sonlarında meydana çıxdı. Xisko isə 9 matçda bir qol vura bildi. Yeri gəlmişkən deyək ki, bu futbolçu hazırda Osasuna-da top qovur. Qonsales isə Uruqvayın "Montevideo" komandasında çıxış edir.
Kevin kluda cəmi 9 ay işlədi. 2008-ci ildə buradan qovuldu. Ayrıldıqdan sonra klubun sahibi Maykl Eşli ilə mübahisəsi başladı. Keçmiş məşqçi Futbol Assosiasiyasına müraciət edərək klubun sahibindən iki milyon avro təzminat tələb etdi. Klubun sahibi isə ona komandanın stadionuna gəlməyi qadağan etdi. Keçmiş məşqçi söz verdi ki, bir daha stadiona ğəlməyəcək. Kevin 2009-cu ildə çətin vəziyyətə düşdü. Amerikaya köçən dostu xahiş etdi ki, son dəfə görüşsünlər. Tərslikdən həmin görüş münasib olmayan yerdə - “Sent Ceyms Park” stadionunun yaxınlığında olacaqdı. "Getmək istəmirdim. Ancaq dostumun son xahişini yerə sala bilmədim”, - deyə Kevin xatirələrində bildirir. Xoşbəxtlikdən görüş gecə vaxtı təşkil edilmişdi. Amma bu, Kevini qane etmirdi. Tribunaların yanından nəzərə çarpmadan keçmək üçün paltosunun yaxasını qaldırmalı oldu. Həmçinin gözünə eynək taxdı, papagını başına basdı. Stadionun mühafizəçiləri onu tanıya bilərdi. Təsadüfən rastlaşdığı tanış qadın onu ucadan salamladı. Lakin mühafizəçilər buna əhəmiyyət vermədi. Həmin gecə Kevinin bəxti gətirdi. Bütün gecəni stadionun yaxılığındakı restoranda əyləndi. İlk dəfə idi ki, klubun sahibinə verdiyi sözün üstündə durmurdu. Keçmiş baş məşqçi bir daha “Sent Ceyms Park” stadionunun həndəvərinə ayaq basmadı. (Goal.az)
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq22 Noyabr 20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?