İdman
"Qarabağ" Polşa klubuyla heç-heçə etdi
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün üçüncü yoxlama matçına çıxıb.
Publika.az xəbər verir ki, rəqib Polşa "Pyast"ı olub. Belek qəsəbəsindəki "Gloria Sports Arena"da təşkil olunmuş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Güclü yağış altında keçən qarşılaşmada hər iki qol ilk yarıda vurulub. 9-cu dəqiqədə "Pyast" hesabı açsa da, 15-ci dəqiqədə Araz Abdullayev bərabərliyi təmin edib.
"Qarabağ" və "Pyast" komandaları 2013-2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində də üz-üzə gəliblər. Evdə 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdə əsas vaxtda eyni hesabla uduzsa da, əlavə vaxtda vurduğu qolla mərhələ adlayıb.
Qeyd edək ki, daha əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" Çexiya "Bohemians"ını yenib - 3:1. Rumıniya "Botoşani"si ilə görüş isə əlverişsiz hava şəraiti ilə əlaqədar baş tutmayıb.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































