İdman
"Neftçi"dən böyükhesablı qələbə - VİDEO
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi” komandası bu gün son yoxlama matçına çıxıb.
Publika.az xəbər verir ki, rəqib Bolqarıstanın "Beroe” klubu olub. Görüş flaqmanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk 2 qolu Dario Frederiko, 3-cüsünü Baqali Dabo vurub. 58-ci dəqiqədə isə yeni transfer Vangelis Platellis oyunda son nöqtəni qoyub. Bununla da "Neftçi" Antalya toplanışını darmadağınla başa vurub.
"Beroe" Bolqarıstan çempionatında 20 oyundan sonra 36 xalla 4-cü pillədə qərarlaşıb.
Yoxlama oyunu
16:30. "Neftçi" - "Beroe" (Bolqarıstan) - 4:0
Qollar: Dario Frederiko, 12; 30. Baqali Dabo, 39. Vangelis Platellis, 58
Dəqiq yerinə yetirilməyən penalti: Emin Mahmudov, 41 ("Neftçi")
Manavqat, "Arslan Zeki Demirci” İdman Kompleksi
"The Sense De Luxe” otelində məskunlaşan "Neftçi” Rumıniya "Qaz Metan”ına 3:0 hesabı ilə qalib gəlsə də, Çexiyanın "Slovan” (Liberets) komandasına uduzub - 1:2.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































