İdman
Məşhur futbolçu SAXLANILDI
Braziliya futbolunun dünyaya qazandırdığı ən böyük istedadlardan olan Ronaldinyo saxlanılıb.
Publika.az xəbər verir ki, ulduz futbolçu Paraqvay polisi tərəfindən nəzarətə alınıb.
“ESPN Braziliya”da yer alan xəbərə görə, o, saxta sənəd və pasportdan istifadə etməkdə ittiham olunur. Ronaldinyo ilə yanaşı, qardaşı Assis də nəzarətə götürülüb. Onların Asunsion şəhəri yaxınlığında yerləşdikləri hoteldə qalmalarına icazə verilib. Lakin yanlarındakı şəxs həbs edilib.
Məsələ ilə bağlı açıqlama verən Paraqvay Xarici İşlər naziri Euklides Asevedo Ronaldinyo və qardaşının istintaqa cəlb olunduğunu və ifadə vermək məcburiyyətində qaldığını bildirib. Həbs olunub-olunmayacaqlarına isə daha sonra qərar veriləcək.
Nə olmuşdu?
Qardaşı ilə birlikdə Braziliyada Quaiba gölü yaxınlığında icazəsiz tikili inşa edən Ronaldinyo 2018-ci ildə məsuliyyətə cəlb olunmuş və dövlət tərəfindən 8,5 milyon dollar miqdarında cərimə edilmişdi. Bu cəriməni ödəyə bilməyən ulduzun ölkədən kənara çıxması qadağan olunmuşdu. Bundan sonra futbolçu Braziliyanın turizm səfiri kimi qələmə verildi və xaricə səyahətlərini davam etdirdi. Son günlərdə maliyyə baxımından ciddi sıxıntılar yaşayan 39 yaşlı Ronaldinyonun təkcə Braziliyada 57 mülkü əlindən alınıb.
Zümrüd
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır





































